
Məmmədov Rüfət
Rüfət Məmmədov , AR Vəkillər Kollegiyasının üzvü, “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəis müavinidir. Əsasən mülki hüquq (xüsusilə, əmək hüququ, ailə hüququ, əmlak hüquqları, vərəsəlik və s) üzrə ixtisaslaşmış və hüquqşünas ixtisası üzrə ümumilikdə 19 ildən çox iş təcrübəsi vardır.
Təhsil
- Bakı Biznes Universiteti (Bakalavr) (2002) – Hüquq fakültəsi
Dil bilikləri
Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili
Təcrübə
2003-2007-ci illərdə yerli tikinti müəsissələrində hüquqşünas, 2007-2019-ci illərdə SOCAR-ın müxtəlif qurumlarında böyük hüquq məsləhətçisi vəzifələrində işləyərək, əsasən müəssisədə işçi və işəgötürən arasında yaranan əmək mübahisələri (Əməyin ödənilməsi, attestasiya, məzuniyyət, intizam icraatı, Kollektiv müqavilənin və sazişin, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ləğvi) üzrə hüquq məsləhəti və rəy verilməsi, iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri hazırlanması, birgə əməliyyat müqavilələri, podratçı və subpodratçılarla xidmət müqavilələri layihələri üzrə hüquqi məsləhətlər verilməsi və s. vəzifələri yerinə yetirmişdir.
2019-cu ildən hal-hazırkı vaxtadək “Azəriqaz” İstehsalat Birliyində Hüquq Departamentinin rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdirir.