Universal Vəkil Bürosu

Universal Vəkil Bürosu

Universal Vəkil Bürosu 19.04.2022-ci il tarixində Ədliyyə Nazirliyində qeydiyyata alınmış və 31.05.2022-ci il tarixində fəaliyyətə başlamışdır.  Əsas məqsədimiz vəkillər və vəkillik fəaliyyəti haqqında qanunvericilik, Azərbaycan Respublikasının konstitusiyası və digər qanunvericilik haqqlarının habelə Azərbaycan Repsublikası tərəfdaşlıq beynəlxalq müqavilələrə əsaslanaraq hüquqi və fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərməkdən ibarətdir. Bundan başqa hər bir xidmət göstərdiyimiz vətəndaşa və ya hüquqi şəxsə, hüquqi şəxsin qanuni nümayəndəsinə hüquqi məsələlərlə bağlı müxtəlif şifahi-yazılı məsləhətlər, izahatlar, arayışlar verməkdə, müəyyən ərizə və şikayət hüquqi xarakterli sənədləri tərtib etmək fiziki və hüquqi şəxslərə lazımı hüquqi yardımı göstərilməsində onların fəaliyyətinin hüquqi təminatı və digər növ hüquqi yardımlar göstəririk. Biz bizə müraciət edən şəxslərə vəkillik haqqında qanundan irəli gələrək ədalətlilik, humanizm, aşkarlıq, konfidensiallıq, demokratizm,müstəqillik və qanununun alililiyi prinsiplərinə əsasən fəaliyyət göstəririk.

Büromuzun ofisində işçilər  üçün və vətəndaşları qəbul edərkən onlara yüksək keyfiyyətli  hüquqi yardım göstərilməsilə əlaqədar bütün şərait təmin edilmişdir. Büro geniş otaqlarla, yeni mebellərlə, texniki avadanlıqlarla təchiz edilmişdir.

Bizim ixtisaslı kadrlarımız, vəkillərimiz, qanunvericilik normalarını yüksək səviyyədə mənimsəmiş və üstün təcrübəyə malikdirlər. Vəkillərimiz uzun illər məhkəmə hüquq sistemində və digər dövlət orqanlarında çalışmış təcrübəli vəkillərdir.

Büromuza müraciət etmiş şəxslə konfidensial danışıqdan sonra əgər işin halları ilə razılaşıldığı halda həmin şəxslərlə bağlanılan müqaviləyə əsasən xidmət göstərilir.