Rahim Əlizadə

Rahim Əlizadə

Direktor, AR Vəkillər Kollegiyasının, AR Auditorlar Palatasının üzvü, Vəkil, Auditor, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru

Rahim Əlizadə Universal Vəkil Bürosunun direktoru, vəkil, AR Vəkillər Kollegiyasının üzvüdür Az.R. Vergilər Nazirliyində müxtəlif vəzifələrdə 12 illik iş təcrübəsinə malikdir, şirkətlərində hüquqşünas, maliyyə müdiri, hüquqşünas, auditor işləmişdir. Odlar Yurdu Universitetinin İqtisadiyyat və Beynəlxalq Münasibətlər fakültəsinin Dosenti olmuşdur. 2 kitab, 11 məqalənin müəllifidir. Müxtəlif illərdə ümumilikdə 15-dək vergi və audit sahəsində şəhadətnamə və sertifikatlara layiq görülmüşdür.

Təhsil

  • Azərbaycan Dövlət İqtisad Universitetinin (Bakalavr) (2001) – İqtisadiyyatın hüquqi Tənzimlənməsi fakültəsi
  • Azərbaycan Dövlət İqtisad Universitetinin (Magistr) (2003) – İnzibati İdarəetmə ixtisası, İqtisadiyatın hüquqi tənzimlənməsi fakültəsi
  • Azərbaycan Dövlət İqtisad Universitetinin (İqtisadiyyat üzrə fəlsəfə doktorluğu) (2009) – Vergi və Vergiqoyma fakültəsi
  • Azərbaycan Respublikası Elm Təhsil Mərkəzi Təfəkkür Universiteti (Bakalavr) (2008) – Hüquqşünaslıq fakültəsi

 

Dil bilikləri

Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili

Təcrübə

Azərbaycan Respublikasında Vergilər Nazirliyində Büdcə vəsaitinin yığılmasında, Vergi orqanlarında müxtəlif strukturlarda işləmiş, yoxlayıcı mütəxəssis kimi müxtəlif bankların, kommersiya təşkilatlarının, fərqli təyinatlı təşkilatların fəaliyyətinin yoxlanmasını həyata keçirmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğun vergi-audit, mühasibat işləri üzrə ekspert olaraq iştirak etmiş, müxtəlif xarakterli iqtisadi, vergi, kommersiya üzrə hüquqpozmaların araşdırılmasında mütəxəssis kimi öz töhvəsini vermişdir.

Odlar Yurdu Universiteti və Elm Təhsil Mərkəzi Təfəkkür Universitetlərində Dosent olaraq İqtisadi təhlil və audit sahəsi, Mühasibat Nəzəriyyəsi, Mühasibat uçotu və audit, Vergi və vergiqoyma üzrə dərs demişdir.