Ailə məsələləri üzrə xidmətlər
Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Ailə Məcəlləsindən və digər aktlardan ibarətdir.
Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.
Universal Vəkil bürosu qeyd edilənlərlə bağlı aşağıdakı xidmətləri təklif edir:
- Müştərinin iştirakı olmadan boşanma
- Uşaqların ata və ya anada (və ya digər qohumda) qalması üzrə xidmətlər;
- Uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi üzrə xidmətlər;
- Əmlakın bölünməsi;
- Uşağın atasının və ya anasının valideynlik hüquqlarından məhrum edilməsi;
- Atalığın müəyyən edilməsi;
- Yetkinlik yaşına çatmayan uşağın övladlığa götürülməsinin müşayiəti
- Övladlığa götürmənin ləğvi;
- Alimentin təyin edilməsi həmçinin, azaldılması/artırılması