Mediasiyada təmsilçilik

Mediasiya haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxs mediatordur.

Mediasiya aşağıdakılar üzrə tətbiq edilir:

  • mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
  • ailə münasibətlərindən irəli gələn mübahisələr;
  • əmək münasibətlərindən irəli gələn mübahisələr;
  • inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.

Universal Vəkil bürosu qeyd edilənlərlə bağlı aşağıdakı xidmətləri təklif edir:

  • Telefonla məsləhətləşmə;
  • Sənədlərin öyrənilməsi və konsultasiya;
  • Müştərinin ünvanında gediş ilə məsləhətləşmə;
  • İş üzrə yazılı məsləhət / rəy;
  • İddia/qarşı iddianın tərtib edilməsi;
  • Razılaşma müqaviləsinin tərtib edilməsi;
  • Məhkəməyə qədər iddianın / iddiaya cavabın hazırlanması;