Vergi sahəsi üzrə xidmətlər
Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
Vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi müəyyən edir. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
Universal Vəkil bürosu qeyd edilənlərlə bağlı aşağıdakı xidmətləri təklif edir:
- Mühasibat xidmətləri
- Mühasibat işlərinin elektron olaraq mühasibat proqramında aparılması, yenidən qurulması, davam etdirilməsi;
- 1C mühasibat proqramının təklifi, quraşdırılması, mühasibat işlərinin təşkili;
- Beynəlxalq Standartlar üzrə Auditor yoxlamalarının dövrü olaraq keçirilməsi
- Beynəlxalq Standartlar üzrə Auditor yoxlamalarının dövrü olaraq keçirilməsi
- Nizamnamə kapitalının artırılması, azaldılması, malların, əsas vəsaitlərin
- qiymətləndirilməsi və digər məsələlər üzrə Auditor Rəylərinin verilməsi
- Gələcəkdə keçirələcək vergi yoxlamalarına hazırlıq, sənədlərin düzgün tərtibi, vergi bəyannamələrinin hazırlanması, göndərilməsi
- Kameral vergi yoxlamalarında müəssisənin nümayəndəsi olaraq çıxış etmək
- Kameral vergi yoxlamalar nəticəsində yaranmış uyğunsuzluqların, kənarlaşmaların
- aradan qaldırılmasına köməklik, məsləhətlərin verilməsi
- Tenderlərdə iştirakla əlaqədar, kredit təşkilatlarına təqdim edilməsi məqsədilə, müxtəlif təyinatlar üzrə Beynəlxalq Standartlara uyğun Auditor Rəylərinin verilməsi
- Vergi ödəyicilərinə agent xidmətlərinin göstərilməsi.