İnzibati xətalar üzrə xidmətlər
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi İnzibati Xətalar Məcəlləsindən ibarətdir. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız İnzibati Xətalar Məcəlləsinə daxil olduqdan sonra tətbiq edilir.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, mülkiyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
Universal Vəkil bürosu qeyd edilənlərlə bağlı aşağıdakı xidmətləri təklif edir:
- İnzibati xəta haqqında qərarda göstərilən halların təhlili;
- İşə aid olan hüquqi aspektlərin ətraflı izahı ilə məsləhətləşmələr;
- İnzibati xəta haqqında qərardan şikayətin hazırlanması, iş üzrə sübutların toplanması.
- Şikayət ərizəsinin hazırlanması və verilməsi;
- Məhkəmə iclaslarında iştirak və məhkəmdə Müştərinin xeyrinə qərarının alınması üçün çalışılması.