Korporativ hüquq üzrə xidmətlər
Korporativ hüququn sahə mənsubiyyətinə gəldikdə isə bu barədə mütəxəssislər tərəfindən müxtəlif fikirlər irəli sürülüb. Əsasən mülki və sahibkarlıq hüquq sahəsinə aid edilməklə bərabər, bəziləri tərəfindən hüquq sisteminin müstəqil sahəsi olduğu da qeyd edilir.
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir.
Korporativ hüququn 3 əsas məqsədi mövcuddur:
- Təsərrüfat cəmiyyətinin hüquqi statusunun müəyyən edilməsi;
- Təsərrüfat cəmiyyətinin təşkili qaydalarının müəyyən edilməsi;
- Təsərrüfat cəmiyyətinin fəaliyyəti qaydalarının müəyyən edilməsi.
Universal Vəkil bürosu qeyd edilənlərlə bağlı aşağıdakı xidmətləri təklif edir:
- hüquqi şəxslərin, habelə onların nümayəndəliklərinin, idarə və filiallarının yaradılması, o cümlədən ictimai təşkilatların nizamnamələrinin hazırlanması;
- cəmiyyətin mülkiyyətçilərinin və iştirakçılarının öhdəliklərinin müəyyən edilməsi, təsis müqavilələrinin tərtib edilməsi;
- şirkət üzvlərinin iclaslarının təşkili, belə iclasların nəticələrinə dair protokolların hazırlanması;
- yenidən təşkil (hüquqi şəxslərin qoşulması, birləşməsi, ayrılması və ya ayrılması);
- təşkilatların ləğvi, müflisləşmə və hüquqi şəxsin müflis olması halında tələb olunan digər xidmətlər.