Miqrasiya üzrə xidmətlər

AR Miqrasiya Məcəlləsi Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir.

Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır.

Azərbaycan Respublikasında qaçqın statusunun verilməsi, qaçqın statusunun itirilməsi, qaçqın statusundan məhrum etmə, habelə qaçqın statusu almış şəxslərə verilən sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla tənzimlənir.

Səfərbərlik zamanı Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Universal Vəkil bürosu qeyd edilənlərlə bağlı aşağıdakı xidmətləri təklif edir:

  • Miqrasiya üzrə hüquqşünas (miqrasiya üzrə hüquqşünas) məsləhətləri
  • Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin alınması
  • Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin alınması
  • Azərbaycan Respublikasında iş üçün 5 il yaşamaq icazəsi alınması
  • Xarici vətəndaşın Azərbaycan Respublikasında qalma müddətinin uzadılması
  • Azərbaycan Respublikasında iş icazəsinin alınması
  • Xarici vətəndaş üçün Azərbaycan Respublikasına dəvətnamənin verilməsi üçün xidmət