Məhkəmələrdə təmsilçilik

Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir.

Məhkəmələr və hakimlər haqqında Qanun Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlmişdir.

Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.

Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.

Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır.

Universal Vəkil bürosu qeyd edilənlərlə bağlı aşağıdakı xidmətləri təklif edir:

  • İş materiallarının öyrənilməsi (birinci instansiya məhkəməsi) və mhkəməyə iddia ərizəsi vermək;
  • Birinci instansiya məhkəməsində vəkilin iştirakı;
  • Apellyasiya şikayətində vəkilin iştirakı;
  • Kassasiyada vəkilin iştirakı;
  • İş üzrə məhkəmə qərarından (qərardan, qərardaddan) şikayətin tərtib edilməsi
  • İcra icraatında iştirak;