İbrahimov Əzimağa

İbrahimov Əzimağa

AR Vəkillər Kollegiyasının üzvü, vəkil

Əzimağa İbrahimov Universal Vəkil Bürosunun vəkili, AR Vəkillər Kollegiyasının üzvüdür və müxtəlif ölkələrdə – Azərbaycan Respublikası, Türkiyə Cumhuriyyəti, Gürcüstan və Ukraynada 15 ilə yaxın təcrübəyə malikdir, Korporativ, Müqavilə, tikinti, Əmək qanunvericiliyi, kənd təsərrüfatı, infrastruktur və daşınmaz əmlak idarə edilməsi və bir sıra mülki  məsələlər üzrə ixtisaslaşmışdır.

Təhsil

  • Bakı Dövlət Universiteti (Bakalavr) (2005) – Beynəlxalq Hüquq fakültəsi
  • İstanbul Universiteti (Magistr) (2010) – Beynəlxalq hüquq və Beynəlxalq əlaqələr
  • Qafqaz Universiteti (MBA) (2012) – Maliyyə və Kredit

 

Dil bilikləri

Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili, Ərəb dili

Təcrübə

Azərbaycan Respublikasında təsis edilmiş aparıcı özəl təşkilatlar olan “AVT Logistics” MMC (Veysəloğlu Şirkətlər Qrupu), “Azərbaycan Dəmir Yolları” QSC, Gilan Agro&FMCG Portfeli, Azertexnolayn MMC, Sumqayıt Kimya Sənaye Parkı MMC-də hüquq şöbəsinin müdiri olaraq çalışmış, həmin müəssisələrdə uğurlu hüquq işinin təşkil edilməsini təmin etmiş, həm məhkəmədən kənar danışıqlarda, icra prosesində, həm də məhkəmə proseslərində qorunmasını təmin etmişdir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən Azerfon MMC,  Azersun Holding MMC, Qartal Construction Company MMC, BİSMAK QSC, HTS Company, Çanakkale Turizm LTD Company, Saffran Textile Company, USAİD Company-də hüquqşünas olaraq çalışmış, həmin müəssisələrin hüquq və mənafelərinin qorunmasını təmin etmişdir.