Piriyev Vafadar
Vəfadar Piriyev “Universal” vəkil bürosunda vəkil, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. İnzibati icraat sahəsində 11 ilə yaxın iş təcrübəsi vardır. Əsasən sosial təminat (pensiya, müavinət və.s), miqrasiya, vətəndaşlıq, əmlak məsələləri, inzibati xəta, mülki məhkəmə icraatı, kommersiya, əmək və ailə hüququ ilə bağlı işlərdə ixtisaslaşmışdır. İnzibati icraat sahəsində, 11 məqalənin müəllifidir. Müxtəlif illərdə ümumilikdə 31-dək inzibati icraat sahəsində şəhadətnamə və sertifikatlara layiq görülmüşdür.
Təhsil
- Bakı Dövlət Universitetinin (bakalavr) (2007) – Hüquqşünaslıq
Dil bilikləri
Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili
Təcrübə
Bakı İnzibati-İqtisadi məhkəməsində inzibati işlər üzrə çalışmaqla müxtəlif xarakterli inzibati və dövlət orqanları ilə mübahisələrin məhkəmə həllində bilavasitə iştirak etmiş, məhkəmə proseslərinin düzgün gedişinə, məhkəmə protokollarının vaxtında tərtib olmasına nail olmuşdur.
Bakı İnzibati-İqtisadi məhkəməsində çalışmaqla müxtəlif xarakterli kommersiya müahisələrinin həllində iştirak etmiş, qətnamə-qərar layihələrinin hazırlanması, qəbul edilmiş məhkəmə qərarlarının məhkəmə iştirakçılarına çatdırılmasına nəzarət etmiş, tərəflərin müxtəlif proseslə bağlı sorğularını cavablamışdır.
Bakı İnzibati məhkəməsində çalışmaqla sosial təminat (pensiya, müavinət və.s), miqrasiya, vətəndaşlıq, əmlak məsələləri, inzibati xəta, mülki məhkəmə icraatı, kommersiya, əmək və ailə hüququ ilə bağlı işlərdə öz töhfəsini vermişdir.