Rəhimov Rüstəm
Rüstəm Rəhimov “Universal” Vəkil Bürosunun vəkili, AR Vəkillər Kollegiyasının üzvü, uzun müddət AR ədliyyə orqanlarında məhkəmə qərarlarının icrası sahəsində müxtəlif vəzifələrdə çalışmış və böyük tövhə vermişdir, əsasən ailə hüququ, icra hüququ, mülki, inzibati cinayət hüququ sahəsində ixtisaslaşmışdır.
Təhsil
- AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (Bakalavr) (2003) – Hüquq fakültəsi
- AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (Magistr) (2005) – Hüquqşünaslıq
Dil bilikləri
Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili
Təcrübə
AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru çalışdığı müddətdə məhkəmə qərarlarının icrası üzrə çalışmış, qanunui qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmişdir.
AR Ədliyyə Nazirliyinin İcra baş idarəsi. Baş idarədə işlədiyi dövrdə bir çox işçi qrupların, o cümlədən İcra Məcəlləsinin layihəsinin hazırlanması üzrə işçi qrupun üzvü olmuş, bir çox televiziya və radio proqramlarında, habelə “İctimai” TV-də yayımlanan “Qanundan kənar” verilişində icra məmurlarının fəaliyyəti ilə bağlı hüquqi təbliğat işini aparmışdır.
AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş müəllim olaraq çalışmış, tələblərin hüquq sahəsində ixtisaslaşması və maariflənməsi sahəsində tövhə vermişdir.