Qurbanov Nurlan
Nurlan Qurbanov “Universal” vəkil bürosunda vəkil, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Məhkəmələrdə hüquqların müdafiəsi- inzibati xəta, əmək, ailə, mülki və digər sahələrdə (vərəsəlik, əqli mülkiyyət hüququ, məhkəmə qərarlarının icrası sahəsində hüquqi müəsələlər-hərracın məsələləri, hüquqi şəxslərə korporativ sahədə hüquqi xidmətlərin göstərilməsi sahəsində) ixtisaslaşmışdır.
Təhsil
- Azərbaycan Universiteti (Bakalavr) (2005-2009) – Beynəlxalq hüquq fakultəsi
Dil bilikləri
Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili
Təcrübə
Bakı şəhəri Yasamal rayon məhkəməsində çalışmaqla müxtəlif xarakterli mülki,inzibati və cinayətmübahisələrin məhkəmə həllində bilavasitə iştirak etmiş, məhkəmə proseslərinin düzgün gedişinə, məhkəmə protokollarının vaxtında tərtib olmasına,qətnamə-qərar layihələrinin hazırlanması, qəbul edilmiş məhkəmə qərarlarının məhkəmə iştirakçılarına çatdırılmasına nəzarət etmiş, tərəflərin müxtəlif proseslə bağlı sorğularını cavablamışdır.
Azərbaycan Respublikasın təsis edilmiş ən iri özəl banklarından biri olan Unibank KB-da hüquqşünas olaraq çalışmış, daha sonra borcların qaytarılması bölməsinin müdiri vəzifəsinə yüksəlmişdir. Unibank KB-da borcların plan üzrə toplanması, bankın maraqlarının həm məhkəmədən kənar danışıqlarda, icra prosesində, həm də məhkəmə proseslərində qorunmasını təmin etmişdir.
Həm məhkəmədə həm də bankda məhkəmələrlə iş şöbəsində uzun müddət çalışma zamanı effektif məhkəmə strategiyasının qurulması, həm iddiaçı həm cavabdeh kimi birinci instansiyasında, apellyasiya məhəkəmələrində, Ali Məhkəmədə uğurlu nəticələrin əldə edilməsinə töhfə olmuşdur.