Əmək hüquqlarının müdafiəsi

Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Universal Vəkil bürosu qeyd edilənlərlə bağlı aşağıdakı xidmətləri təklif edir:

  • Əmək münasibətləri faktının müəyyən edilməsi, sübutların hazırlanması, müqavilələrin bağlanması, dəyişdirilməsi və ləğvi üçün xidmətlər;
  • İxtisar və işdən azad etmə, qanunsuz işdən çıxarılma zamanı hüquqi müdafiə;
  • Əmək haqqı borcunun ödənilməsinin təmini və ya işdən çıxma zamanı tam kompensasiyanın ödənilməsi üzrə hüquqi xidmətlər;
  • Müəyyən sənədləri imzalamağa məcbur edildikdə işçinin hüquqlarının müdafiəsi;
  • İşçinin hüquqlarını pozduqda əmək müqaviləsinə baxılması və dəyişdirilməsi;
  • Qanunsuz və əsassız intizam cəzaların verilməsi zamanı hüquqi müdafiə;
  • rəhbərlik tərəfindən qeyri-əmək münasibətlərinə təhrik zamanı hüquqi müdafiə;
  • rəhbərlik tərəfindən əməyin mühafizəsi qaydalarını pozduqda sağlamlığa dəyən zərərin ödənilməsi.